2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz xərcləri 2 milyard 287,6 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 335,5 milyon manat, yəni 17,2% artım deməkdir.
Bu xərclərin artımında əsas pay digər qeyri-faiz xərclərinin üzərinə düşür. Bu xərclər illik müqayisədə 165,7 milyon manat (16,3%) artaraq 1 milyard 182,9 milyon manat təşkil edib.
Bankların xidmətlər üzrə haqq və komissiya xərcləri də illik müqayisədə 128,8 milyon manat (19,6%) artaraq 787,7 milyon manata çatıb.
Bankların əsas vəsaitlərlə bağlı xərcləri isə illik müqayisədə 41,0 milyon manat (14,8%) artaraq 317,0 milyon manat təşkil edib.
Xatırladaq ki, bankların cəmi qeyri-faiz xərcləri 2024-cü ilin oktyabrın 1-nə 1 milyard 952,1 milyon manat təşkil edib.














