Bank sektorunda kredit portfelinin artımı sentyabr ayında da davam edib.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 2.4% və ya 630.4 mln. manat artaraq 26 mlrd. 706 mln. manat olub.
Kredit portfelində biznes kreditlərinin payı – 54% (14 milyard 407.9 milyon manat), istehlak kreditlərinin payı – 30.5% (8 milyard 152.8 milyon manat) və ipoteka kreditlərinin payı – 15.5% (4 milyard 145.3 milyon manat) olub.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.