Bu ilin sentyabr ayında fəaliyyətdə olan bankların cəmi aktivləri 50 milyard 840.8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə bankların cəmi öhdəlikləri 44 milyard 550 milyon manat, balans kapitalı 6 milyard 290.8 milyon manat təşkil edib.
Sentyabr ayında bankların aktivləri və öhdəlikləri müvafiq olaraq 2.6% (1 milyard 273.1 milyon manat), 3% (1 milyard 294milyon manat) artıb.