2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi kapitalı 7 milyard 159,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 716,7 milyon manat (11,1%), ötən ilin sonuna nəzərən 541,5 milyon manat (8,2%) artıb. Aylıq müqayisədə isə kapitalda 10,3 milyon manatlıq (0,1%) cüzi azalma qeydə alınıb.
Kapitalın əsas hissəsini təşkil edən xüsusi kapital illik 634,4 milyon manat (10,8%) artaraq 6 milyard 534,7 milyon manata çatıb. İlin əvvəlindən bəri isə xüsusi kapital 502,8 milyon manat (8,3%) böyüyüb.
Eyni zamanda, bankların maliyyə möhkəmliyini göstərən ümumi ehtiyatları da artım nümayiş etdirib. Bu ehtiyatlar illik 82,3 milyon manat (15,2%) artaraq 625,2 milyon manata yüksəlib. İlin əvvəlindən bəri isə ehtiyatlarda 38,6 milyon manatlıq (6,6%) artım baş verib.
Xatırladaq ki, bankların cəmi kapitalı bu ilin oktyabrın 1-nə 7 milyard 170,2 milyon manat, ötən ilin sonunda 6 milyard 618,4 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 6 milyard 443,2 milyon manat təşkil edib.











