Bu ilin aprelin 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 8 milyard 603,6 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
İstehlak kredit portfeli aylıq müqayisədə 59,6 milyon manat (0,7%), ötən ilin sonu ilə müqayisədə 158,6 milyon manat (1,9%), illik müqayisədə 1 milyard 666,6 milyon manat (24%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin martın 1-nə 8 milyard 544 milyon manat, yanvarın 1-nə 8 milyard 445 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 937 milyon manat təşkil edib.