2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 14 milyard 935 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 158 milyon manat (1,1%), ötən ilin sonu ilə müqayisədə 147,8 milyon manat (1,%), illik müqayisədə 1 milyard 733,5 milyon manat (13,1%) böyüyüb.
Qeyd edək ki, cəmi kredit portfeli bu ilin martın 1-nə 14 milyard 777 milyon manat, yanvarın 1-nə 14 milyard 787,2 milyon manat, ötən ilin eyni dövrünə 13 milyard 201,5 milyon manat təşkil edib.