Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda bankların kredit portfelinin ümumi həcmi 28 milyard 472,1 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ümumi kredit portfeli son bir il ərzində (illik müqayisədə) 3 milayrd 042,6 milyon manat və ya 12,0% artıb. Portfel ötən ilin sonu ilə müqayisədə isə 994,4 milyon manat və ya 3,6% böyüyüb. Aylıq artım isə 85,6 milyon manat və ya 0,3% təşkil edib.
Qeyd edək ki, iyunun 1-nə kredit portfeli 28 milyard 386,5 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, ötən ilin eyni dövründə (30.06.2024) isə 25 milyard 429,5 milyon manat təşkil edib.