“Azər Türk Bank” ASC kredit portfelini son 6 ayda 42% artırıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın cari ilin II rübündə kredit portfelinin həcmi 406,8 milyon manat olub. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 120,1 milyon manat, yaxud 41,9% çoxdur.
Bunun da 207,9 milyon manatını istehlak, 44,3 milyon manatını biznes, 154,6 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Ötən ilin sonundan bu yanadək istehlak kreditlərinin həcmi 96,8 milyon manat, yəni 87,1%, daşınmaz əmlak kreditlərinin həcmi 27.8 milyon manat (21,9%) artıb.
Ümumilikdə bu dövrdə mümkün zərərlər üçün 6 milyon 753 min manat həcmində ehtiyat vəsaiti yaradılıb. Müştərilərə 279 milyon 987 min manat xalis kredit verilib.