Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 5 milyon 777 min manat, xərcləri isə 1 milyon 362 min manat olub.
İllik müqayisədə gəlirlər 1 milyon 521 min manat, yəni, 36%, xərclər isə 403 min manat 42% artıb.
Faiz gəlirlərinin 4 milyon 304min manatı müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlirlər hesabına formalaşıb ki, bu da illik müqayisədə 1 milyon 232 min manat (40%) çoxdur.
Bankın xalis faiz gəlirləri isə 4 milyon 415 min manat təşkil edib. Bu da son bir ildə 1 milyon 118 min manat və ya 34% çoxdur.
Bankın qeyri-faiz gəlirləri 2 milyon 313 min manat, xərcləri isə 4 milyon 306 min manat olub.
Xərclərin 1 milyon 386 min manatı əmək haqqı, 1 milyon 230 min manatı ümumi və inzibati xərclər, 437 min manatı amortizasiya xərcləri, 1 milyon 232 min manatı digər xərclərin payına düşüb.
2023-ci ilin son rübü ilə müqayisədə ümumi və inzibati xərclər 53 min manat (4%), amortizasiya xərcləri 15 min manat (3%) artıb.
2024-cü ilin ilk rübündə “AFB Bank” 290 milyon 685 min manat aktivlərə malik olub.
Bankın kredit portfeli 176 milyon 898 min manat təşkil edib ki, onun da 21 milyon 163 min manatı istehlak, 92 milyon 154 min manatı biznes, 63 milyon 581 min manatı isə ipoteka kreditlərinin payına düşüb.
Əvvəlki rüb ilə müqayisədə ipoteka kreditlərinin həcmi 1 milyon 763 min manat (3%) böyüyüb.
Bankın öhdəlikləri də 210 milyon 404 min manata bərabər olub.
Depozit portfeli 130 milyon 996 min manat təşkil edib ki, onun da 54 milyon 87 min manatı fiziki şəxslərin, 76 milyon 909 min manatı isə hüquqi şəxslərin əmanətləri olub
“AFB Bank”ın kapitalı hesabat dövründə 80 milyon 281 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəəti həcmi 7 milyon 469 min manata bərabər olub.