ABB-nin tam özəlləşdirilməsi gündəmdə deyil.
Abbas İbrahimov: "ABB Bankın 322 milyon səhmi satışa çıxarılıb"
FED.az xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Amma qeyd etdiyim kimi, bu, səhmdarların verdiyi qərardır. Bu gün gündəmdə deyil, bu gün gündəmdə olan bizim yeni kütləvi səhmlərin emissiya edilməsi və bu məbləğdə emissiya edilməsidir. Bu gün gündəmdə hansısa özəl investor vasitəsilə özəlləşdirmə yoxdur" - deyə bank sədri qeyd edib.
"ABB-nin əsas səhmdarı qeyd etdiyim kimi dövlətdir. Son beş il ərzində səhmdarına və səhmdara dividend olaraq və üstəgəl vergi və digər ödənişlər olaraq 1,3 milyard manata yaxın ödənişlər edib. Bu da o deməkdir ki, ABB-nin köhnə respukurasiyadan qalma tarixçəsi artıq köhnədə qalıbdır. ABB bu gün gəlirli, mənfəətli və sağlam bir bankdır və dövlət şirkətidir" - deyə ABB Bankın sədri vurğulayıb.