Bu gündən etibarən ABB-nin səhmlərinə abunə yazılışı başlanıb. Bankın 322 milyon ədəd səhmi satışa çıxarılıb.
BFB: Bu il ABB və bir dövlət şirkətinin səhmlərinin İPO edilməsi planlaşdırılıb
FED.az xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
"Son illərdə ABB uğurlu fəaliyyət göstərib. Bankımızın kapital mövqeyi güclənib, fəaliyyətin səmərəliliyin artıb. Geniş miqyaslı rəqamsalllaşdırııma siyasəti həyata keçirilib və bu siyasətin həyata keçirilməsi davamda edəcək.
İstiqrazların buraxılması bankımızın daha da böyüməsinə şərait yaradacaq. Səhmdarlarımız davamlı nailiyyətlərimizdən faydalanacaq. Son 6 il ərzində səhmdarlara yüksək dividend ödəmişik. 2023-cü ilin nəticələrinə əsasən 185 milyon manat dividend ödəmişik, səhmlərin gəlirliliyi 15,1% olub, ümumi səhm gəlirlilyi isə 31%-in üzərindədir.
"Emissiya prosesi zamanı 322 milyon səhm satışa çıxarılacaqdır. Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Bankımıza iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq"- ABB sədri qeyd edib.
Qeyd edək ki, bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər.