Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın ötənilki əməliyyat gəlirləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 16 bankın mənfəəti azalıb - SİYAHI
FED.az xəbər verir ki, bunlar “Kapital Bank” (656,623 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (531,634 milyon manat), “PAŞA Bank” (313,395 milyon manat), “Xalq Bank” (130,955 milyon manat), “Unibank” (118,522 milyon manat) və “Access Bank”dır (103,77 milyon manat).
Qalan 20 bankdan 5-də əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 13 bankda 10-50 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan az olub.
5 bankın əməliyyat gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin ötənilki əməliyyat gəlirləri əvvəlki ilə nisbətən çox olub.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, “Naxçıvan Bank”, “Bank of Baku”, “Rabitəbank”, “Kapital Bank”, “PAŞA Bank”, “Zıraat Bank Azərbaycan”, “Bank VTB Azərbaycan”, “Bank BTB”, “Turan Bank” və “Xalq Bank”dır.
Ən yüksək dinamika Pakistan bankında (40,2%), ən aşağı dinamika isə “Xalq Bank”da (0,5%) qeydə alınıb.
Qalan 15 bankın isə əməliyyat gəlirləri azalıb. Ən çox azalma “Unibank”da (22,2%), ən az azalma isə “Express Bank”da (0,1%) qeydə alınıb. (Renkinq)