Bu ilin ilk 9 ayında Azərbaycana 868,6 milyon dollar dəyərində 44 min 428 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 425,4 milyon dollar və ya 96% artıb, miqdar ifadəsi ilə isə 28 min 718 ədəd və ya 2,8 dəfə artıb.
Ötən ilin eyni dövründə xaricdən 443,2 milyon dollar dəyərində 15 min 710 ədəd hibrid avtomobil gətirilmişdi.
1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 9 ayının nəticələrinə görə orta hesabla 19 min 551 dollar (33 min 237 manat) olub ki, bu da son bir ildə 8 min 663 dollar (14 min 727 manat) və ya 30,7% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-sentyabr aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 min 214 dollar (47 min 964 manat) olub.