Türkiyə sənayesinin inkişaf etməsi, eləcə də qardaş ölkənin ilk yerli elektromobili “Togg”un istehsalı Azərbaycan sənayesi üçün də yeni imkanlar açacaq.
İlham Əliyev: "TOGG Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir"
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Son 20 ildə Türkiyə iqtisadiyyatında 3 dəfəyə yaxın artım qeydə alınıb və ölkələrimiz arasındakı münasibətlər daha da dərinləşir. Bunun nəticəsidir ki, ticarət dövriyyəmiz ötən il 6 milyard dollaradək yüksəlib. Eyni zamanda, Türkiyə Azərbaycanın qeyri-neft ixracında 3 milyard dollar göstərici ilə iki ən böyük tərəfdaşdan biridir. Azərbaycanın qeyri-neft ixracatının 25 faizdən çoxu Türkiyənin payına düşür.
“Togg” həm də Azərbaycan üçün yeni idxal mənbəyidir ki, bu da qardaş ölkədə həmin avtomobillərin idxalının artmasına imkan verəcək. Bu, eyni zamanda, texnologiya əsasında gələcəkdə oxşar sənayenin Azərbaycanda qurulmasına və inkişaf etdirilməsinə zəmin yarada bilər. Türkiyədə sənayeləşmə, fərqli innovativ istiqamətlərin inkişaf etməsi həm də bu təcrübənin Azərbaycana transferinə imkan yaradır. Beləliklə, Türkiyədə “Togg” avtomobilinin istehsalı növbəti mərhələdə bu sahədə Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsi üçün yeni fürsətlər yaradacaq”, - deyə ekspert qeyd edib. (Azərtac)