Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
FED.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Twitter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir".