Prezident Donald Tramp onsuz da Çin avtomobil sənayesi ilə rəqabətdən böyük zərər çəkmiş Avropa avtomobil sənayesinə daha bir zərbə endirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, gələn həftədən etibarən Avropa İttifaqından minik və yük maşınlarına tətbiq olunan tarifləri 25%-ə qədər artıracaq. Tramp sosial media paylaşımında bildirib ki, Avropa Birliyi ölkələri "tam razılaşdırılmış ticarət sazişimizə əməl etmir", amma prezident detalları açıqlamayıb.
Mayın 1-də idxal vergilərinin artırılması ilə bağlı sualına Tramp, əlavə məlumat vermədən bildirib ki, Avropa Birliyi keçənilki ticarət çərçivəsinə "həmişəki kimi" riayət etməyib. Prezident bildirib kİ, tariflərin artırılması Avropa şirkətlərini zavodları ABŞ-a köçürməyə məcbur edəcək.
O həmçinin qeyd edib ki, ölkədə 100 milyard dollardan çox investisiya ilə yeni avtomobil zavodlarının inşası aparılır və bunu sənaye tarixində rekord adlandırıb.
“Hazırda 100 milyard dollardan çox investisiya qoyulmuş çoxlu sayda avtomobil və yük maşını zavodları tikilir – bu, avtomobil və yük maşınları istehsalı tarixində rekorddur. Heyəti amerikalı işçilərdən ibarət olan bu zavodlar tezliklə açılacaq – Amerikada əvvəllər heç vaxt belə bir şey baş verməmişdi!”, – ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, Tramp və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ticarət sazişi barədə ötən ilin iyul ayında razılığa gəliblər. Bu saziş əksər mallara 15% tarif həddi müəyyən etsə də, Ali Məhkəmə bu il Trampın bu vergini tətbiq etmək üçün istifadə etdiyi qanuni səlahiyyətə qarşı qərar çıxarıb. Cavabında Tramp administrasiyası ticarət balanssızlıqlarını və milli təhlükəsizlik məsələlərini araşdırarkən itirilmiş gəlirləri kompensasiya etmək üçün yeni 10%-lik tariflər tətbiq edib.













