Əsl idman avtomobilinin dinamikası və “lüks” sinfə aid modelin rahatlığı: bu iki ziddiyyətli xüsusiyyət yeni “Porsche Panamera”da bu dəfə əvvəlkindən də daha çox uğurla birləşib. Demək olar ki, qran-turizmi anlayışı yenidən düşünülüb və yeni tərzdə təqdim olunub.
Bunun üçün “Porsche” şirkəti “Panamera”nın konsepsiyasını ardıcıl surətdə təkmilləşdirərək yeni texnika və dizayna malik dörd qapılı avtomobil ərsəyə gətirmişdir. Mühərriklər və sürət qutusu yenilənmiş, şassı daha da təkmilləşdirilmiş, idarəetmə və indikasiya elementləri üçün isə gələcəyə tuşlanmış yeni konsepsiya yaradılıb həyata keçirilmişdir.
Yeni “Panamera” idman avtomobili və uzaq səfərlər üçün nəzərdə tutulmuş rahat sedan arasında fərqi yox etməyə qadir olan həlləri ilə seçilir. Onların arasında arxa təkərlərin idarə olunması sistemini, kuzovun yana əyilməsinə qarşı çalışan aktiv sistemi və üçkameralı pnevmoasqını qeyd etmək olar.
“Panamera”nın ikinci nəsli üçün nəzərdə tutulmuş bütün mühərriklər yenidən işlənib hazırlanmışdır. Daha güclü olmaqla yanaşı, onların həm də sərfiyyat və zərərli tullantılar göstəriciləri əhəmiyyətli sürətdə yaxşılaşdırılmışdır.
Ən güclü benzin mühərrik “Panamera Turbo” üçün təklif olunur. 4,0-litrlik bu V8 biturbo aqreqat 404 kVt / 550 a.g. (dəqiqədə 5750 dövrə sayında) və maksimal 770 Nm (dəqiqədə 1960-dan 4500-dək dövrə sayında) fırlanma anı hasil edir.
Sələfi ilə müqayisədə bu mühərrikin gücü 30 a.g., fırlanma anı isə 70 Nm artıb. Səkkiz silindrli mühərrik “Panamera Turbo”nu saatda 100 km sürətədək 3,8 saniyəyə çatdırır, “Sport Chrono” paketi ilə isə buna cəmi 3,6 saniyə tələb olunur. “Porsche”nin bu modelinin maksimal sürəti 306 km/s təşkil edir. Bir at gücünə cəmi 3,6 kq ağırlıq düşdüyünü nəzərə alsaq, valehedici göstəricilərin haradan qaynaqlandığı aydın olur.
Qeyr-adi sürmə xüsusiyyətləri sələfi ilə müqayisədə azalmış orta yanacaq sərfiyyatı ilə tamamlanır. Yeni model 100 km yola 1,1 litr daha az yanacaq sərf edərək cəmi 9,4-9,2 litr tələb edir (yeni Avropa sürmə dövrəsinə uyğun – NEDC); müvafiq CO2 tullantılarının həcmi 214-212 q/km təşkil edir.
“Panamera 4S” modeli 324 kVt / 440 a.g. (sələfi ilə müqayisədə +20 a.g.) hasil edən iki turbinli və həcmi 2,9 litr olan V6 mühərrikə malikdir; maksimal güc dəqiqədə 5650 dövrə sayında əldə olunur. Dəqiqədə 1750-dən 5500 dövrə sayında yeni altı silindrli aqreqat təsir bağışlayan 550 Nm (+30 Nm) hasil edir. Yerindən tərpəndikdən cəmi 4,4 saniyə (“Sport Chrono” paketi ilə isə 4,2) sonra “Panamera 4S” 100 km/s sürətə çatır.
Bu “Porsche”nin maksimal sürəti 289 km/s təşkil edir ki, bu da 300 km/s göstəricisinə çox yaxındır. Qarışıq rejimdə (NEDC) yanacaq sərfiyyatı 100 km yola 8,2-8,1 litr (CO2 tullantılarının həcmi 186-184 q/km) təşkil edir. Birinci nəsil “Panamera 4S” ilə müqayisədə bu 100 km yola 1,0 litr və ya 11 faiz yanacaq qənaəti deməkdir.
Yeni “Panamera” həmçinin yeni səkkiz silindrli dizel mühərriki ilə təchiz olunur. İlk dəfə olaraq, bu mühərrik daimi tam ötürmə ilə birgə təklif olunur. Seriya avtomobillərinə qoyulan, “Porsche” dizellərinin ən güclüsü 310 kVt / 422 a.g. (dəqiqədə 3500 dövrə sayında) hasil edir. Maksimal fırlanma anı vahimə doğuran 850 Nm təşkil edir – bu göstərici dəqiqədə 1000-3250 dövrə sayında dəyişilməz olaraq qalır. 285 km/s maksimal sürətə malik olan “Porsche Panamera 4S” hazırda dünyanın ən sürətli dizel mühərrikə malik avtomobilidir.
Yerindən saatda 100 kilometr sürətədək o, 4,5 (“Sport Chrono” paketi ilə isə 4,3) saniyəyə sürətlənir. Orta yanacaq sərfiyyatı isə (NEDC) 100 km yola 6,8-6,7 litr (CO2 tullantılarının həcmi 178-176 q/km) təşkil edir.
Yeni “Panamera Turbo” və “Panamera 4S” avtomobilləri ilə Porsche Bakı Mərkəzində yaxından tanış ola bilərsiniz.
Mikayıl Əliyev küç., 7
Tel.: (012/050) 511 33 44
“Panamera Turbo”: qarışıq rejimdə yanacaq sərfiyyatı 9,4 – 9,3 litr/100 km, şəhərdə 12,9 – 12,8 litr/100 km, trasda 7,3 – 7,2 litr/100 km;
CO2 tullantıları 214 – 212 q/km.
“Panamera 4S”: qarışıq rejimdə yanacaq sərfiyyatı 8,2 – 8,1 litr/100 km, şəhərdə 10,2 – 10,1 litr/100 km, trasda 6,8 – 6,7 litr/100 km;
CO2 tullantıları 186 – 184 q/km.
“Panamera 4S Diesel”: qarışıq rejimdə yanacaq sərfiyyatı 6,8 – 6,7 litr/100 km, şəhərdə 7,9 litr/100 km, trasda 5,9 – 5,8 litr/100 km;
CO2 tullantıları 178 - 176 q/km.