"Tesla" şirkəti bəzi "Cybertruck" elektrik pikaplarının alıcılarına əvvəlcədən ödədikləri vəsaiti geri qaytaracaq. Buna səbəb sifarişlərin sayının istehsal imkanlarını əhəmiyyətli dərəcədə üstələməsidir.
BYD-dən yeni avtomobil – 1193 at gücü, 1003 km yürüş məsafəsi - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə "Tesla"nın baş direktoru İlon Mask özünün "X" hesabında məlumat verib.
"İstehsal xəttini təxminən səkkiz aydan sonra dayandırmalı olana qədər mümkün qədər çox avtomobil istehsal etməyə çalışacağıq. Lakin bir çox insana əvvəlcədən ödədikləri vəsaiti geri qaytarmalı olacağıq", - deyə Mask yazıb.
Onun sözlərinə görə, "Cybercab" robotaksisinin istehsalını artırmaq üçün əlavə istehsal gücünün ayrılması fonunda "Cybertruck" modellərinə sifarişlərin daxilolma sürəti şirkətin istehsal imkanlarını əhəmiyyətli dərəcədə üstələyir.
Xatırladaq ki, İlon Mask daha əvvəl "Tesla"nın 2027-ci ildə Texasdakı "Gigafactory" zavodunda "Cybertruck" elektrik pikaplarının istehsalını azaltmağı və "Cybercab" robotaksisinin istehsalını artırmaq üçün istehsal gücünün bir hissəsini bu məqsədə yönəltməyi planlaşdırdığını açıqlamışdı.













