Azərbaycanda dövlət qurumlarına məxsus 5 avtomobil və bir dəst avadanlıq 15 dekabr 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq.
FED.az xəbər verir ki, avtomobillərin başlanğıc qiymətləri 4 000–14 000 manat arasında dəyişir.
Hərraca “Hyundai Sonata”, “Hyundai Tucson”, “Toyota Land Cruiser Prado”, “JMC” və “Hyundai Galloper” markalı nəqliyyat vasitələri çıxarılır.
Bundan əlavə, Maliyyə Nazirliyinə məxsus soyutma və havalandırma avadanlıqları 5 500 manat başlanğıc qiymətlə satışa təqdim edilir.
Qeyd edək ki, avtomobillər ikinci dəfə təkrar hərraca çıxarılır. İştirak üçün başlanğıc qiymətin 10%-i həcmində beh ödənilməlidir.
Hərraca çıxarılan avtomobillərin siyahısı
| № | Avtomobil | Buraxılış ili | Start qiyməti | Beh |
|---|---|---|---|---|
| 1 | Hyundai Sonata | 2009 | 8 200 ₼ | 820 ₼ |
| 2 | Hyundai Tucson | 2007 | 8 000 ₼ | 800 ₼ |
| 3 | Toyota Land Cruiser Prado | 2007 | 14 000 ₼ | 1 400 ₼ |
| 4 | JMC (yük) | 2008 | 8 000 ₼ | 800 ₼ |
| 5 | Hyundai Galloper | 1997 | 4 000 ₼ | 400 ₼ |













