İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi hərracda 9 nəqliyyat vasitəsi satılıb.
Prezident Administrasiyası və Prokurorluğun maşınları - SATIŞA ÇIXARILIR - QİYMƏTLƏR
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, rəqabətli keçən hərracda start qiyməti 5 850 manat olan "Hyundai Tucson" markalı avtomobil 9 995 manata, 4 500 manat olan "Nissan Sunny" markalı avtomobil isə 6 635 manata özəlləşdirilib.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 23 və 30 iyunda olacaq. Hərraclara 77 nəqliyyat vasitəsi və avadanlıq çıxarılacaq. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1992-2013-cü illəri əhatə edir.Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.
Bakı şəhəri 16 iyun 2026-cı il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələri haqqında məlumat
| № | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
| 1 | Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi | Chevrolet Epica minik | 90 FH 595 | 2008 | 4125 | 4350 | 15/26 05.05.2026 |
| 2 | Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsi | Audi A6 minik | 90 AR 545 | 2014 | 14250 | 14250 | 15/26 05.05.2026 |
| 3 | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdam Dövlət Sosial-İqtisad Kolleci publik hüquqi şəxsi | QAZ SAZ-3507 Yük | 02 AC 427 | 1987 | 2700 | 2700 | 15/26 05.05.2026 |
| 4 | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ağdam Dövlət Sosial-İqtisad Kolleci publik hüquqi şəxsi | VAZ 2106 minik | 02 AA 068 | 1998 | 1980 | 1980 | 15/26 05.05.2026 |
| 5 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Nissan Sunny minik | 90 AP 629 | 2011 | 4500 | 6635 | 15/26 05.05.2026 |
| 6 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Hyundai Tucson minik | 99 AP 377 | 2007 | 5850 | 9994.5 | 15/26 05.05.2026 |
| 7 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Fiat Doblo minik | 90 AP 175 | 2014 | 4050 | 4500 | 15/26 05.05.2026 |
| 8 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | BMW 328İ minik | 77 AP 927 | 2014 | 8100 | 8690 | 15/26 05.05.2026 |
| 9 | Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tabeliyində olan "Tofiq Bəhramov adına Respublika Stadionu" MMC | Hyundai Sonata minik | 90 AB 595 | 2007 | 5300 | 5300 | 15/26 05.05.2026 |














