İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 6 lot üzrə 65 nəqliyyat vasitəsi satılıb.
Prezident Aparatının avtomobilləri ucuz qiymətə - satışa çıxarıldı – SİYAHI, QİYMƏTLƏR
FED.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac rəqabətli olub. İlkin qiyməti 96 min manat olan 1 lot üzrə 60 nəqliyyat vasitəsi rəqabətli keçən hərracda 150 min manata satılıb. Start qiyməti 4 600 manat olan “Nazlifan” markalı nəqliyyat vasitəsi isə 6 800 manata özəlləşdirilib.
Növbəti hərraclar 2, 9, 16 aprel tarixlərində keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 2 avadanlıq və 156 nəqliyyat vasitəsi çıxarılacaq.
Bakı şəhəri üzrə 12 mart 2024-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi-Texniki Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
Müxtəlif markalı nəqliyyat vasitələri |
|
|
96000 |
150000 |
05/24 06.02.2024 |
2 |
"Azərişıq" ASC |
UAZ 315142-412 minik |
50 AA 458 |
2006 |
1000 |
1200 |
05/24 06.02.2024 |
3 |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi |
UAZ 3153 yük-sərnişin |
10 JM 268 |
2001 |
3500 |
7000 |
05/24 06.02.2024 |
4 |
Azərbaycan Respublikasının Baş Prokurorluğu |
Nazlifan minik |
10 AZ 194 |
2016 |
4600 |
6800 |
05/24 06.02.2024 |
5 |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
PAZ 32054span avtobus |
10 AO 514 |
2009 |
6300 |
6300 |
05/24 06.02.2024 |
6 |
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
VAZ 21074 minik |
90 PK 904 |
2007 |
3500 |
3950 |
05/24 06.02.2024 |