Növbəti hərracda avtomobilin birinə ilkin start qiymətindən 3 dəfə çox məbləğ təklif edilib. Hərracda 20 dövlət əmlakı özəlləşdirilib.
Baş Prokurorluğun 14 maşını satışa çıxarılır – Qiymətlər 8500 manatdan başlayır - SİYAHI
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 2-də keçirilən növbəti hərraca müxtəlif obyektlər, o cümlədən nəqliyyat vasitələri çıxarılıb. Budəfəki hərracda 2 səhmdar cəmiyyətin səhm paketləri, 1 obyekt və 17 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə hərraclara qatılmaq imkanı alıcıların marağını artırır. Bütün bunlar isə hərracı daha da rəqabətli edir. Mayın 2-də keçirilən hərracda avtomobillərdən birinin qiyməti 3 dəfə çox artıb. Belə ki, start qiyməti 11 000 manat olan “Mercedes Benz Sprinter” markalı avtomobilə ən son təklif 36 000 manat olub.
Hərracda özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhm paketləri “Cəlilabad Məişət” ASC-yə və “Xudat Kəndnəqliyyat” ASC-yə məxsusdur.
Özəlləşdirilən obyekt isə Qazax rayonu, Qazaxbəyli kəndində yerləşən mağazadır. Əmlakın ümumi faydalı sahəsi 108 kvadratmetr, torpaq sahəsi isə 300 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.
2 may hərracında satılan əmlaklar üzrə dövlət büdcəsinə 231 156 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 16 və 23 may tarixlərində keçiriləcək və satışa 57 əmlak çıxarılacaq.