Ötən ay Rusiyada 32,7 min yeni avtomobil satılıb. Ən çox satılanların üçlüyünə yalnız Lada modelləri daxil olub.
Eləcə də bax: «Lada»lar «avtomat»sız qaldı
FED.az xəbər verir ki. Rusiyada yeni minik avtomobili və yüngül kommersiya avtomobil satışı 2022-ci ilin aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə 78,5% azalaraq 32 706 ədəd olub.
Bu barədə məlumatlar Avropa Biznes Assosiasiyasının (AEB) hesabatında yer alıb.
Ən populyar 25 brendin siyahısına daxil olan bütün şirkətlərin satışlarında kəskin azalma müşahidə olunub. Lider 8506 yeni avtomobil satan yerli AvtoVAZ olaraq qalır ki, bu da bir il əvvəllə müqayisədə 78% azdır.
İkinci yerdə 4604 avtomobillə Kia (-76%), üçüncü yerdə isə 4150 avtomobillə Hyundai (-73%) qərarlaşıb. Dördüncü yeri satışları 84% azalaraq 2231 ədəd olan Renault tutur. İlk beşliyi 1892 avtomobillə (-61%) QAZ-ın kommersiya bölməsi bağlayır.
Ayrı-ayrı modellərə gəlincə, aprel ayında "bestseller"lər arasında ilk üç yeri AvtoVAZ modelləri tutub: Lada Granta (2598 ədəd), Lada Vesta (1977 ədəd) və Lada Niva (1941 ədəd). Dördüncü və beşinci sırada müvafiq olaraq 1804 ədəd və 1660 ədəd satılan Cənubi Koreyanın Hyundai Solaris və Kia Rio var.
Ümumilikdə, 2022-ci ilin yanvar-aprel aylarında Rusiyada 293 846 yeni minik avtomobili satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 43% azdır. (Marja)