Rusiyanın avtomobil salonlarında avtomat sürət qutusu olan yeni «Lada» avtomobilləri qalmayıb.
Azərbaycanda ən çox satılan yeni avtomobillər - SİYAHI
FED.az xəbər verir ki, artıq qarşıdakı bir il ərzində avtomat «Lada»ların olması gözlənilmir. Buna səbəb Rusiya qarşı tətbiq edilən sanksiyalar səbəbindən ölkəyə avtomat sürət qutularının gətirilməməsidir. Ekspertlər bildirir ki, «Lada»ları başqa sürət qutuları ilə təmin etmək və ya onların yerli istehsalına başlamaq üçün minimum bir il tələb olunacaq.
«Lada»ların satışı 50%-dən çox - AZALIB
Qeyd edək k, indiyədək «Lada»lar Yaponiyanın «Jatco» şirkətinin və Almaniyanın ZF şirkətinin avtomat sürət qutuları ilə təmin edilirdi.
«Artıq «avtomat»lı «Lada» demək olar ki, yoxdur, bir neçə aydan sonda bir ədəd də olsa, belə avtomobil tapılmayacaq»- deyə dilerlərin avtosalonlarında bildirirlər. «Lada Granta» almaq istəyən müştərilər mexaniki sürət qutusu ilə kifayətlənməli olacaqlar.
“Lada” zavodu avtomobillərin - QİYMƏTİNİ ARTIRIB
«Lada»ları istehsal edən «AvtoVAZ»da hazırda istehsal dayanıb, ehtiyat hissələri çatışmır, yalnız o avtomobillər buraxılacaq ki, tam yerli detallarla təmin edilib. Bunlar baza komplektasiyasında olan «Granta» və «Vesta» modelləridir.
Qeyd edək ki, bu vəziyyət yaranana qədər «Lada»ların 10%-i avtomat sürət qutusu ilə buraxılırdı. Belə ki, 2021-ci ildə şirkət 305 min mexaniki, 33 min isə «avtomat» «Lada» avtomobili satıb.
Yapon şirkəti Zaqatalada 700 hektar tütün əkib - FERMERLƏRLƏ MÜQAVİLƏLƏR
«Jatco» sürət qutuları «Lada Granta», «Vesta» və «XRay Cross» avtomobilərinə əlavə edilirdi.
Ekspertlər bildirir ki, avtomat sürət qutusu axtaran alıcılar «Lada»dan sonra Çin və Koreya maşınlarına üz tutacaqlar. Əsas axın «Hyundai Solaris» və «Kia Rio»ya, eləcə də «Volkswagen Polo» və «Skoda Rapid»ə yönələcək.