Sizi Porsche modellərinin tarixinə kiçik ekskursiyaya dəvət edirik.
Porsche 356 (buraxılış illəri 1948-1965). Porsche 356 şirkətin birinci seriya avtomobili idi. Ən birinci Porsche-ləri Qmyund Avstriya şəhərciyində köhnə taxta zavodunda əl ilə yığırdılar və hər maşın unikal idi.
Ancaq 1950-ci ildə istehsalı Almaniyada Ştutqart şəhərinə keçirtdilər və avtomobillər daha çox standart xarakterli oldu. Qeyd edək ki, hal hazırda da şirkətin baş qərargahı bu şəhərdə yerləşir.
Porsche 356 1500 America Roadster (1952-1953). Bu model məhdudlaşdırılmış tirajla amerika bazarı üçün eksklüziv buraxılmışdı (bəzi məlumatlara görə, avtomobilin istehsal sayı 16-21 ekzemplyar idi).
Porsche 356 1500 Speedster (1955-1955). 1955-ci ildə Porsche ilk dəfə Speedster adından istifadə etdi. Maşın əsasən amerika bazarı üçün nəzərdə tutulmuşdu. Avtomobil isti və quru iqlimdə istifadə üçün yararlı idi.
Porsche 597 Jagdwagen (1954-1958). Bu model Porsche Cayenne-nin istehsalına qədər şirkətin istehsal xəttində ilk və tək yolsuz yer maşınıdır.
Porsche 911 (1964-1975). Bu model əvvəlcə Porsche 901 adlandırılmışdı. Amma Peugeot şirkətində ortada sıfır olan üç rəqəmli maşın adlarına Fransada eksklüziv hüquqlar olduğu nəzərə alınaraq, Porsche 901-i 911-ə dəyişdirdi.
Porsche 912 (1965-1969). 1964-cü ildə buraxılmış 911-in sələfi olan, 356-dan daha sürətli, mürəkkəb və daha bahalı avtomobil idi. Porsche öz potensial müştərilərini itirmək istəmirdi, ona görə də özünə 911 ala bilməyənlər üçün 1965-ci ildə daha ucuz model olan 912 təqdim olundu.
Porsche 911 (B Series) (1968-1969). 1968-ci ildə 911 modeli ilk dəfə əhəmiyyətli dərəcədə təkmilləşdirildi. B seriyalı kupe arxa şüşənin elektrik qızdırılmasıyla olan birinci avtomobillər oldular, bundan əvvəlki modellər sadəcə ventilyatorlardan ilıq havanın axınlarını yönəldirdi.
Porsche 914 (1969-1976). 912 seriyalı avtomobillər istehsaldan çıxarıldıqdan sonra ən əlçatan Porsche oldu. Volkswagen ilə birgə hazırlanmışdır.
Porsche 911 Carrera RS (1973-1973). Bu gün bu model 911 modellərinin hamısından ən raritet olanıdır. Porsche-nin ehtiraslı azarkeşləri arasında o, əfsanə statusunu daşıyır və qiyməti buludlardan yuxarıdır.
Porsche 924 (1976-1988). Bu seriya 914-ü əvəz etmiş birinci səviyyəli Porsche-dir. Maye soyuması motoruyla şirkətin birinci seriyalı avtomobilidir. Cəmi 121.289 nüsxə buraxılıb. Onlardan 36.902-si ABŞ, 1.383-ü Yaponiya və qalan 83.003-ü isə bütün dünya üçün istehsal olunub.
Porsche 928 (1977-1995). 1978-ci ildə bu modelə ən yaxşı avtomobil adı verildi. İdman avtomobilinin ən yüksək ada layiq görülməsi ilk dəfə baş verirdi.
Porsche 944 (1982-1991). 924 modelinin varisi.
Porsche 959 (1986-1990). Avtomobil 1980-ci illərin texnoloji baxımdan ən mükəmməl avtomobilidir. Sports Car İnternational jurnalı onu 1980-cı ilin ən yaxşı sportcar-ı adlandırdı və Auto, Moto und Sport nəşrləri bu avtomobili bütün dövrlərin ən yaxşı Porsche-si hesab etdi.
Porsche 944 Turbo S (1988-1988). Bu məhdudlaşdırılmış versiya daha güclü mühərrikə malik olan və təxminən 10% daha bahalı idi. Əvvəlcə cəmi 1000 ədəd istehsalı planlaşdırılsa da, bəzi versiyalara görə, nəticədə 1635 Turbo S satılmışdı.
Porsche Speedster (1989-1989). 1950-ci illərin klassik 356 Speedster-indən ilham alınaraq hazırlanmış bu model çox məhdud sayda buraxılmışdı. Avtomobildə yalnız yaxşı hava şəraitində getmək mümkün idi, çünki avtomobilin tavanı üfürülmə və sukeçirməmək xüsusiyyətlərindən məhrum idi.
Porsche 911 Carrera 4 (964) (1989-1993). 1980-ci illərin əvvəllərində Porsche 911 artıq klassik idman avtomobili kimi tanınırdı. O, azarkeşlər arasında "Məşhur və hörmətə layiq" titulunu qazanmışdı. Lakin, yapon avtomobil istehsalçıları ilə rəqabətə görə, şirkət modeli yeniləməyi qərara aldı. Bu, həm də satışların düşməməsi üçün atılan bir addım idi. Şirkətin daxilində Porsche 911 Carrera 4 modeli “964” kimi tanınır.
Porsche 968 (1991-1995). 924 və 944 modellərinin sonrakı təkamülünü özündə birləşdirir.
Porsche 911 Carrera RS (993) (1995-1996). 911 Carreranın maksimal yüngülləşdirilmiş versiyasıdır. Bu modeldə “lazım olmayan”lara yer verilməyib: şüşələrin, oturacaqların və güzgülərin elektrik ötürücüsü, faraları yuyan, mərkəzi qıfıl, təhlükəsizlik balışları, səs izolyasiyası, çoxsaylı sütunlar və hətta şüşətəmizləyənin qırıq-qırıq rejiminin çevirici kimi...
Porsche Boxster (1997-2004). Boxster tamamilə yeni dizaynda olan və şirkətin köhnə modellərindən tamamilə fərqlənən yeni nəfəs idi.
Birinci 2,5 litrlik Boxster kifayət qədər güclü olmadığına görə tənqid olunduqdan sonra, Porsche, yeni 2,7 litrlik versiyanı təqdim etdi, həmçinin bununla paralel 1999-cu ildə S modifikasiyasını da istehsal etdi.
Porsche 911 Turbo (996) (2000-2005). 993 Turbo modelinin heyrətli müvəffəqiyyətindən sonra, Porsche bundan da yaxşı nəsə etməliydi. 1999-cu ilin sentyabrında buna müvəffəq oldu və 304 km.saat sürətli 996 versiyası ortaya çıxdı.
Porsche Cayenne (2002-2010). Bu modellə şirkət idman avtomobilindən fərqli olan nəsə yaratmışdı.
Porsche Boxster S (2005-2007). Boxster S-in ilkin modeli 2005-ci ildə ciddi yenilənməyə məruz qaldı. Əsas məqsəd onu 911-ə daha az bənzətmək idi, məsələn ön faraların dəyişdirilməsi kimi.
Porsche Cayman (2005-2009). Boxster əsasında qurulmuş 2 qapılı model.
Porsche Boxster Spyder RS60 (987) (2008-2009). Boxster-in bu məhdud versiyanı yaradanlar 1960-cı illərdəki Porsche 718 RS60 Spyder-in yarış bolidinin stilindən ilham almışdı.
Porsche Panamera – avtomobilin satışları 2009-cu ildən başladı. Avtomobil XX əsrin əllinci illərində Carrera Panamericana yarışında Porsche-nin uğurlu çıxışı nəticəsində Panamera adını alıdı. 2010-cu ilin sentyabr ayına qədər 25000-dən çox avtomobil satılmışdı.
Porsche 911 (2011) – 2011-ci ilin 15 sentyabr tarixində Frankfurt avtosalonunda təqdim edilib.
Porsche 911 Carrera 4S (2013)
Porsche Macan (MY15) S wagon (2014)
Porsche Panamera (2016)
Və sonda desert üçün Porsche istehsalı olan traktor.
Porsche-Diesel Super (1950)