Noyabrın 21-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac keçirilib. Hərracda 9 nəqliyyat vasitəsi satılıb.
“Azərişığ”ın 19 maşını satışa çıxarılıb – Qiyməti 1 000 manatdan başlayır - SİYAHI
Xidmətdən FED.az-a verilən məlumata görə, özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36iFgs linki vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək növbəti nəqliyyat hərracına 33 avtomobil çıxarılacaq.
Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.
Bakı şəhəri üzrə 21 noyabr 2023-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi |
BMW 750 minik |
99 AN 434 |
2012 |
18750 |
18750 |
23/23 02.10.2023 |
2 |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
PAZ 32054-07 avtobus |
10 AO 492 |
2007 |
2250 |
3600 |
23/23 02.10.2023 |
3 |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
PAZ 32054-07 avtobus |
10 AO 458 |
2006 |
2250 |
2250 |
23/23 02.10.2023 |
4 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
Otoyol M29-12STO avtobus |
10 PM 425 |
2003 |
10000 |
10000 |
23/23 02.10.2023 |
5 |
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki "Azərbaycan metrologiya İnstitutu" publik hüquqi şəxsi |
Chevrolet Niva 2123 minik |
90 AL 946 |
2005 |
3975 |
3975 |
23/23 02.10.2023 |
6 |
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti |
Tofaş Şahin minik |
90 AR 681 |
2005 |
500 |
500 |
23/23 02.10.2023 |
7 |
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Nissan X-Trail minik |
10 PU 961 |
2013 |
16200 |
16200 |
23/23 02.10.2023 |
8 |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
Tofaş Şahin minik |
10 AO 062 |
2004 |
1710 |
1710 |
23/23 02.10.2023 |
9 |
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi |
QAZ 3110-101 minik |
10 AO 578 |
2003 |
1440 |
2050 |
23/23 02.10.2023 |