Almaniyanın “Mercedes-Benz” avtomobil markasının sahibi “Daimler” şirkəti koronavirus pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq bu ay işçilərinə əlavə ödəniş edəcək.
FED.az xəbər verir ki, şirkətin Almaniyadakı təqribən 160 min işçisinin hər birinə 1 000 avro məbləğində dəstək veriləcək. Ödəniş dekabr ayının maaşı ilə birlikdə olacaq. (Report)