Bir neçə gün öncə Moskvada kütləvi istehsalına başlanılan “Moskviç-3” avtomobilinin qiymət 1,6 milyondan 2 milyon rubla qədər ola bilər.
“Moskviç” avtomobillərinin seriyalı istehsalına - BAŞLANDI
FED.az xəbər verir ki, bu barədə TASS mənbə məlumat yayıb.
“Yeni “Moskviç-3”-ün qiyməti 27-33 min dollar (1,6-2 milyon rubl və ya təxminən 45 000 – 55 000 manat civarında - red.) ola bilər”, - məlumatda deyilir.
Agentliyin başqa bir həmsöhbəti qeyd edib ki, 2 milyon rubl səviyyəsində qiymət müzakirə edilib, lakin sonda təsdiqlənməyib. Avtomobil zavodunun mətbuat xidməti hələlik avtomobillərin qiymətlərini açıqlamayıb.
Şəhər krosseveri olan “Moskviç-3”ün satışı yanvarda Moskvada, martda isə bütün Rusiyada başlayacaq. “Moskviç 3” avtomobili CVT avtomatik və ya mexaniki transmissiya (6 pilləli), benzin turbo mühərriklə (1,5 litr, 150 at gücündə, 210 Nm) təchiz edilir. (Marja)