Cari ilin noyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 8824 ədəd, dəyəri isə 90 milyon 997 min ABŞ dolları olub.
Eləcə də bax: Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 27-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 8324-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 453-ü yük daşımaq üçün, 20-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.