Xəbər verildiyi kimi, Milli Məclisdə 2022-ci ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsinə də dəyişikliklər təsdiqlənib.
FED.az xəbər verir ki, dəyişikliklərin bir hissəsi ölkəyə xaricdən gətirilən avtomobillər üçün ödənilən aksiz vergilərinə aiddir. Belə ki, mühərrikinin həcmi 3 litrdən artıq olan avtomobillər üçün aksizlər artırılır.