ABŞ-ın beynəlxalq avtomobil sərgiləri statusundakı 3 sərgisindən biri olan Los-Anceles Avtomobil Sərgisi, bu il də ötən illərdə olduğu kimi bir çox dünya primyerasına ev sahibliyi edir.
ELƏCƏ DƏ BAX: Maşın bazarında - ŞOK QİYMƏTLƏR
JEEP GLADIATOR
FED.az xəbər verir ki, yolsuzluq avtomobilləri istehsalçısı Jeep, uzun zamandır gözlənilən pick-up-ını təqdim edib.
2005-ci ildəki tanıdılan Gladiator anlayışı ilə böyük ölçüdə üst-üstə düşən avtomobil, Wrangler Rubicon modelindən "törəyib". Bu sayədə pick-up-ın yolsuzluq qabiliyyətinin ön planda olacağı qeyd edilir.
Jeep Gladiator-un kapotunun altında 285 at gücündə 3.6 litr V6 mühərrik yer alır.
Gladiator-un yükdaşıma gücü 3.5 tondur.
Qeyd edək ki, ABŞ-da bu avtomobillərin qiyməti 31 min dolklardan başlayır.


