İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.
Polis maşınları hərraca çıxarılacaq - SİYAHI - MƏBLƏĞLƏR
FED.az quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, ilkin qiyməti 1 250 manat olan "Hyundai Santafe" markalı avtomobil 2 830 manata satılıb.
Növbəti hərraclar 9, 16, 23 və 30 apreldə keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 158 nəqliyyat vasitəsi çıxarılacaq.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.
Bakı şəhəri üzrə 2 aprel 2024-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi |
Hyundai Santafe minik |
27 AA 189 |
2003 |
1250 |
2830 |
06/24 13.02.2024 |
2 |
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları |
QAZ 3307 yük |
Y147DQ |
2003 |
2200 |
2350 |
06/24 13.02.2024 |
3 |
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi |
PUM-500U |
110FX384 |
2008 |
3000 |
3000 |
06/24 13.02.2024 |
4 |
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti |
QAZ 3302-18 Yük |
10 PM 451 |
2007 |
6112.5 |
6112.5 |
06/24 13.02.2024 |