Dekabrın 28-də “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, toplantıda ASC-yə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqi vəziyyətin tənzimlənməsi və müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur.
Yığıncaq Qəbələ rayonunun Hacallı kəndində yerləşən “Gilan Qəbələ Aqrotexservis” ASC-nin inzibati binasında keçiriləcək.













