2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 140 milyon 37 min ABŞ dolları dəyərində 14 min 576 ton meşə fındığı ixrac edilib.
Azərbaycan Çinə fındıq satmağa başlayıb - VİDEO
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın fındıq ixracının fiziki həcmi 852 ton və ya 5,5% azalsa da, dəyəri 15 milyon 583 min dollar və ya 12,5% artıb.
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 124 milyon 455 min dollar dəyərində 15 min 428 ton fındıq ixrac edilmişdi.
Hesablamalara görə, ixrac olunan fındığın bir tonunun orta statistik dəyəri ötən ilin ilk 10 ayındakı təxminən 8 min 67 dollardan cari ilin eyni dövründə 9 min 607 dollara yüksəlib. Bu, təxminən 19,1% artım deməkdir.
Beləliklə, Azərbaycanın fındıq ixracının fiziki həcminin azalmasına baxmayaraq, orta statistik ixrac dəyərinin yüksəlməsi nəticəsində ixracın ümumi dəyəri artıb.













