İran Ermənistanda avtomobil istehsalına başlamağı planlaşdırır.
Eləcə də bax: İranın ən böyük avtomobil şirkəti Azərbaycanda - RƏQABƏT APARACAQ
FED.az xəbər verir ki, bunu İranın ticarət təşkilatının sədri Əlirza Peymanpak deyib.
O bildirib ki, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanla görüşdə ticarət əlaqələrinin inkişafı, tranzit mallarına alternativ yollara, eləcə də birgə məişət və elektron texnikaların birgə istehsalına dair məsələləri müzakirə ediblər.
Həmin görüşdə İranın Ermənistanda avtomobil istehsalı həyata keçirmək istəyindən də bəhs olunub.
Əlirza Peymanpakın sözlərinə görə, Ermənistanda İslam Respublikasının Ticarət Mərkəzinin açılması münasibətilə bu il oktyabrın ortalarında İranın ticarət nümayəndəsi İrəvana səfər edəcək. (Report)