İran Ermənistanda avtomobil istehsalı zavodu inşa edəcək.
Eləcə də bax: Rusiya İranla birgə avtomobil - BURAXA BİLƏR
FED.az xəbər verir ki, bunu İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak deyib.
O bildirib ki, Ermənistanda İran avtomobil istehsalı zavodunun tikintisi ilə bağlı ilkin razılaşma əldə olunub. "Bununla bağlı İranın avtomobil istehsalçısı və Ermənistan tərəfindən bir investor əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bu məsələ Ermənistanın İqtisadiyyat Nazirliyi və İranın Sənaye, Mədənlər və Ticarət Nazirliyi vasitəsilə həyata keçirilir." (Apa)