İstehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılacaq.
İdxal olunan avtomobillərlə bağlı aksizlər və gömrük rüsumu üzrə mədaxil - ARTIRILIR
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. (Apa)