Tbilisidə yerləşən İsani maşın bazarının satıcıları tətilə başlayıblar.
FED.az xəbər verir ki, etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.
Eləcə də bax: Azərbaycana Gürcüstandan gətirilmiş avtomobillərin sayı - AÇIQLANDI
Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub.
Apa