Bu ilin 9 ayında dünyada 2,9 milyon elektrikli avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Eləcə də bax: Maqnezium çatışmazlığına görə kuzov və ehtiyat hissələri - BAHALAŞA BİLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə “JATO Dynamics” analitik şirkəti məlumat yayıb.
Şirkətin hesablamalarına görə kommersiya nəqliyyatı, Yaxın Şərq, Mərkəzi Asiya və Latın Amerika regionlarının bir hissəsindəki satışlar daxil edilməyib. Beləliklə qlobal avtomobil bazarında elektromobillərin payı 5,8 %-ə çatıb.
Dünyanın ən iri avtomobil bazarı olan Çində bu il satılan elektromobillərin 45 %-i yerli istehsalçıların payına düşüb. Hesabat dövründə onların qlobal satışlarda payı 15 % olub. Dünya üzrə elektrikli avtomobillərin 60%-ə yaxını Çində yığılıb. Bu ölkədə istehsalı olan şirkətlərə “Tesla”, “Volvo”, “Polestar” və “BMW” aiddir. Yaxın vaxtlarda “Volkswagen” və “Mercedes-Benz” də onlara qoşulacaq.