ABş və İsrailin İrana hücumu və başlayan müharibə digər sahələrlə yanaşı, Azərbğaycanın avtomobil ehtiyat hissələri bazarına da təsir edib.
Çin maşınları BMW-ni də "vurdu" - MƏNFƏƏTİ KƏSKİN AZALDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından xüsusən də Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Sahibkasrların sözlərinə görə, xüsusilə Dubaydan Çin və Amerika istehsallı avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.
Ehtiyat hissələri satıcıları bildirir ki: «Məlum hadisələrə görə, logistika gecikir, buna grə mal qıtlığı yaranır və məcburi olaraq qiymətlər artır. Yəni qiymətlər süni şəkildə də olsa qalxır. Kapot, qapılar, krel (qanadlar) bahalaşır. Hər detalda 50-100 manata qədər fərq edir».
Digər satıcı bildirir ki, son günlərə qədər 150 manata satılan detallar 250 manata qədər bahalaşıb: «(Mağazanı göstərir) burada gördüyünüz bütün detalları biz indiyə qədər Dubaydan gətirirdik. İndi qiymətlar artıb, bu su «pompası»dır (su qovucu), indiyədək onların qiyməti 150 manat idisə, bu gündən qiymət 250 manata qalxıb. Sükan mexanizmi isə indiyədək 100-130 manat idisə, bu gün 150 manatdır».
Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşururutlar isə qiymətə təsir edir, bu da servislər və sürücülər arasında narazılığa səbəb olur.
Satıcıların sözlərinə görə: «Daşınma ilə bağlı ciddi problemlər səbəbindən qiymət fərqi də həddən artıq hiss olunur. Nəticədə sürücülərlə servislər arasında problem yaranır. Sürücü soruşur ki, qiymət əvvəl daha ucuz idi, indi niyə belə bahadır. Biz də izah edirik ki, çatdırma ilə bağlı problem var, qiymət artımı ona görə baş verib».
Ehtiyat hissələri satıcıları bildirir ki, yeni mal gəlmədiyinə görə, artıq anbarlardakı ehtiyat hissələri də tükənmək üzrədir: ««Konternerlə, gəmi ilə göndərilən ehtiyat hissələri gətirilə bilmir. Bəziləri artıq malı yükləyiblər amma çıxa bilmir, çünki yol bağlıdır. Bu da avtomatik qiymətə təsir edir. Ən əsası mal olmadığına görə qıtlıq yaranıb, anbarlarda da ehtiyat hissələri qurtarır. İndi kimin əlində nə varsa satır, anbarlarda da ehtiyat hissələri tükənmək üzrədir».
Bundan başqa, birbaşa uçuşların dayanması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərc deməkdir.
Sahibkarlar bildirirlər ki, bazarda bəzi hissələrin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.











