Təxminən 120 illik tarixi olan qlobal avtomobil sənayesi yaxın vaxtlara qədər nisbətən sabit idi. Bazarda Amerika, Avropa, daha sonra isə Yapon və Koreya brendləri üstünlük təşkil edirdi.
Lakin son beş ildə avtomobil bazarında vəziyyəti kəskin şəkildə dəyişib.
FED.az AVTO biznes və iqtisadiyyat xəbərləri portalı xəbər verir ki, Çində yaşanan iqtisadi bum, kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliyinə keçməsi və burada avtomobil sektorunun sürətli inkişafı, bütün avtomobil dünyasında inqilaba səbəb olub.
Xaricdən gətirilən elektromobillər - 14,5 MİN MANAT UCUZLAŞDI
Hazırda Çinin avtomobil sənayesi dünya bazarına minimal qiymətli modellərdən tutmuş lük avtomobillərə qədər fərqli imkanlı və funksiyalı modellər təklif edir.
Çin avtomobil bazarı ilə onun inanılmaz miqyası və oyunçuların sayı arasında əsas fərq nədir? JATO ekspertlərinin məlumatına görə, 2025-ci ilin oktyabrına Çində 100-dən çox avtomobil markası var. Müqayisə üçün qeyd edək ki, indiyədək bazarın liderləri sayılan Avropa, Amerika, Yaponiya və Koreya brendlərinin ümumi cəmi 90-dan azdır. Daxili bazarı illik 24 milyondan çox avtomobil olan Çində isə bu rəqəm artıq keçmişdə sayılır.
Xaricdən gətirilən hibrid avtomobillər - 14,7 MİN MANAT UCUZLAŞDI - İDXALI İSƏ 3 DƏFƏYƏDƏK ARTDI
Çin də markaların hamısı bərabər deyil, onları bir neçə fərqli kateqoriyaya bölmək olar, hər kateqoriyanı öz imkanları və hədəf auditoriyası var.
1. Nisbətən ucuz qiymətə olan (büdcə) brendləri
Bu markalar çox vaxt Qərb istehsalçılarının köhnə modellərinə əsaslanan köhnə texnologiyalar və platformalardan istifadə edirlər. Onların əsas üstünlüyü son dərəcə aşağı qiymətlərdir. Onlar kiçik şəhərlərdən və kənd yerlərindən olan alıcıları hədəfləyirlər.
Buraya «Haima», «Hengrun», «Pocco», «Vi Auto». «SWM», «ZX Auto» və «JMC» kimi brendlər aiddir.
2. Kütləvi brendlər
Bu, «Chery Automobile», «Geely Automobile Holdings Limited», «GWM» (Great Wall Motors) və başqa şirkətlərdən ibarət ən geniş kateqoriyadır. Bu seqmentin özünü də 3 yerə bölmək olar.
«Ekonom» seqmenti: «JAC», «Forthing» və s.
Kütləvi bazar: «BAIC», «Bestune» ( FAW ), «Changan», «Chery», «Haval», həmçinin Avropada güclənən «MG» (SAIC konserninin bir hissəsi) və «Geely».
Nisbətən yüksək səviyyəli kütləvi bazar: «Jetour», «Omoda» və «Jaecoo» («Chery»-nin törəmə brendləri ) və məsələn, artıq Avropa bazarının 1,1%-ni tutmuş nəhəng «BYD».
3. Premium brendlər
Çində istehsal olunan bu markalar daha yüksək səviyyədə texnologiya, dizayn və rahatlıq təklif edir, lakin hələ də lüks statusa çatmır.
Bunlardan ən məşhurları – «Hongqi» («FAW» şirkətinin istehsalıdır), «Voyah», «Zeekr», «Lynk&Co», «Tank», «Xpeng»dir.
Bununla belə, özlərini premium kimi göstərən, lakin Çindən kənarda hələ də az tanınan digər Çin markaları var. Bunlara «Denza», «Stelato», «MHero» və «Yuanhang» da var.
5. Yüksək texnologiyalı brendlər və EV startapları
Çində avtomobil sektorunda elektrik inqilabının əsas oyunçuları texnoloji inkişaf etmiş şirkətlərdir və çox vaxt İT nəhəngləri ilə əlaqələndirilir. Onların arasında ən görkəmliləri «Xiaomi», «Luxeed», «NIO», «Avatr», «Aito» və «Li Auto»dur.
6. Lüks brendlər
Çin avtomobil sənayesinin zirvəsi olan bəzi brendlər isə «Bentley», «Maserati», «Mercedes-Maybach», «Porsche» və başqalarına meydan oxumağa çalışır. Hazırda belə ambisiyaları olan üç brend var: «Golden Sunflower» («Hongqi»nin alt brendi), «Yang Wang» ( BYD Group-un törəmə şirkəti) və «Maestro» (JAC və Huawei arasında birgə müəssisə).
Hamı axıra kimi davam gətirəcəkmi?
Avtomobil bazarı olduqca rəqabətlidir. Hazırki ajiotaja baxmayaraq, təbiidir ki, bu qədər sayda brend bazarda uzun müddət bilməz. Şirkətlərin və brendlərin birləşməsi, bir-biri tərəfindən «udulması» qaçılmaz olacaq. Bununla yanaşı, Çinin belə imkanları dünya maşın bazarını tamamilə dəyişməkdə davam edəcək. Qarşıdakı dövrdə bu dəyişikliklərin nəticəsi olaraq indiyədək tanınan avtomobil şirkətlərinin çökməsini və ya başqalarına satılmasını da gözləmək olar.