İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 9-da keçiriləcək hərraca 45, 16 yanvar hərracına isə 10 avtomobil çıxarılacaq.
Azərbaycanda bankların maşınları satışa çıxarıldı – QİYMƏT 2500 MANATDAN BAŞLAYIR
Dövlət Xidmətindən FED.az-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.