Avto

Azərbaycan "Samand" avtomobillərinin - İSTEHSALINA BAŞLAYIR

Azərbaycan "Samand" avtomobillərinin - İSTEHSALINA BAŞLAYIR | FED.az
10:23 20 Noy 2018

İranın ən böyük avtomobilqayırma şirkəti olan "Iran Khodro" (IKCO) Azərbaycanla əməkdaşlığını genişləndirir.

FED.az xəbər verir ki, şirkət "Samand" modelinin Azərbaycanda istehsalına başlayıb.

Qeyd edək ki, IKCO daha əvvəl Azərbaycanın "AzerMash" ASC avtomobil şirkəti ilə "Xəzər" avtomobil şirkəti birgə müəssisəsini yaradıb. Şirkət Neftçalada yerləşir.

"Xəzər" avtomobil şirkəti artıq "Dena" minik avtomobilini istehsal edir. "IKCO Press"in məlumatına görə, "Samand"ın yeni modelinin istehsalına həftəsonu başlanılıb.

Digər xəbərlər

Banner