Bu gün "Azərmaş” ASC ilə Rusiyanın Rostov vilayətinin "Rostselmaş" şirkəti arasında Azərbaycanda kombaynların yığılması ilə bağlı müqavilə imzalanıb.
Eləcə də bax: Azərbaycanda "QAZ" avtomobillərinin - YIĞIMI BAŞLAYIR
FED.az xəbər verir ki, müqaviləni imzalayan "Azərmaş” ASC-nin İdarə Heyətinin rəhbəri Emin Axundov bildirib ki, "Azərmaş” indi "Rostselmaş" şirkətinin kombaynlarının istehsalına başlayır.
Onun sözlərinə görə, kombaynlar "Hacıqabul Sənaye Məhəlləsində" istehsal ediləcək: "Hazırda Hacıqabul Sənaye Məhəlləsində zavodun inşaası başa çatır. Tezliklə burada kombayn istehsalına başlayacağıq. Kombaynların sayı o qədər də çox olmayacaq".
Report