2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd (10,7%) az minik avtomobili istehsal olunub (yığılıb).
Azərbaycanda minik avtomobili və traktor - İSTEHSALI AZALIB
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, minik avtomobilləri üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 180 ədəd təşkil edib.
2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8,9 faiz azalaraq 556 ədəd təşkil edib. Traktorlar üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 18 ədəd təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1992 ədəd tminik avtomobili, 610 ədəd traktor yığılmışdı.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 56 min 92 ədəd minik avtomobili, 4 min 84 ədəd yük avtomobili, 349 ədəd avtobus idxal olunub. Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 68 min 24 ədəd minik avtomobili, 4 min 571 ədəd yük avtomobili, 186 ədəd avtobus idxal olunmuşdu.
Qeyd edək ki, Azərbaycanda minik avtomobili və traktorlar Neftçala, Naxçıvan və Gəncədə istehsal olunur. (Marja)