Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-noyabr aylarında 466.4 milyon manatlıq məhsul istehsal edilib.
Gəncədə 489 traktor, 224 MAZ yük avtomobili - İSTEHSAL EDİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, DSK-nın yaydığı məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3.4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 73.9 faiz, maşın və avadanlıqların istehsalı isə 46.9 faiz artmışdır.
2022-ci ilin yanvar-noyabr aylarında 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd az minik avtomobili istehsal olunub. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8.9 faiz azalıb.