Azərbaycandakı ABŞ səfirliyi istifadə etdiyi avtomobilləri satışa çıxarıb.
FED.az xəbər verir ki, avtomobillərin satışı üzrə hərrac martın 12-dən başlayıb və martın 17-dək (saat 15-dək) davam edəcək.
Səfirlik satışa 3 avtomobil çıxarıb. Bunlar Mitsubishi Pajero 2004, Toyota Land-Cruiser 2000 və Ford Explorer 2005-dir.
Mitsubishi Pajero-2004 (VIN: JMYLRV73W5J702305) avtomobilinin ilkin qiyməti 11800 manatdır. Maşın avtomat sürət qutusu vı 3 litr mühərriklidir. Yürüşü 91666 km, vəziyyəti qənaətbəxşdir. Belə avtomobil xaricdə alınsaydı 23 min manat gömrük rüsum və vergisi ödənilməli idi.
Toyota Land-Cruiser – 2000 (VIN: JTECB09J213003206) avtomobilinin ilkin qiyməti 5100 manatdır. Avtomobil mexaniki sürət qutusu və 4,2 litr mühərriklə təmin edilib. Yürüşü 193 426 km, vəziyyəti qənaətbəxşdir. Belə avtomobil üçün gömrük rüsumlarının təqribi məbləği (əgər xaricdən gətirilsəydi) 72 820 manat təşkil edir.
Ford Explorer-2005 avtomobili (VIN: 1FMZU72K45ZA57299) avtomat sürət qutusu və 4 litr mühərriklə təmin edilib, Yürüşü 135 789 km, vəziyyəti qənaətbəxşdir. Bu avtomobil üçün gömrük rüsumları (əgər xaricdən gətirilsəydi) 44 217 manat təşkil edə bilərdi.
Şərtlərə görə avtomobillər qaytarmaq hüququ olmadan satılır, maşının pulu hərrac bitən kimi yerində nağd ödənilir.