Aran iqtisadi rayonu

Rayonda yolların təmiri üçün – TENDER ELANI

Rayonda yolların təmiri üçün – TENDER ELANI | FED.az
12:09 9 Yan 2019
FED.az TENDER xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyəti 2019-cu ildə rayonda yolların əsaslı təmirinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Lot-1. Yolların əsaslı təmiri işlərinin satınalınması.
İştirak haqqı 400 manatdır.


Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Əlaqələndirici şəxs- Bəyim Quliyeva, telefon - (02128-5-25-02), ünvan - Saatlı şəhəri, H.Əliyev meydanı.
Saatlı YXO


H/h- AZ39 00000000000002514532
VÖEN- 6700012601
Bank- “Kapital Bank”ın Saatlı filialı
Kod- 200598
VÖEN- 9900003611
M/h- 0137010001944
S.W.İ.F.T.B.İ.K. AIIBAZ2X


İştirak haqqı heç bir halda geri qaytarılmır.


İddiaçılar tenderdə iştirak etmək üçün 11 fevral 2019-cu il saat 17.00-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifinin bank zəmanəti 
(1 faiz həcmində) zərflər açılan tarixdən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- iddiaçıların tender təklifləri Azərbaycan dilində olmalıdır.


İddiaçılar tender təklifini və bank zəmanətini 19 fevral 2019-cu il saat 17.00-dək Saatlı şəhəri, H.Əliyev meydanında yerləşən Saatlı Rayon İcra Hakimiyyətinin tender komissiyasına təqdim etməlidirlər.


Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Saatlı Rayon İcra Hakimiyyətində 20 fevral 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
 

 

Digər xəbərlər