Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyədən idxal edilən gilas tinglərindən nümunələr götürərək müayinələrə cəlb ediblər.
“Agro Plant” şirkətinin Türkiyədən idxal etdiyi tinglər - MƏHV EDİLDİ
Bu barədə FED.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, aparılan müayinələr nəticəsində çəyirdəklilərin bakterial ləkəliyi (Xanthomonas arboricola pv.Pruni) xəstəliyi aşkarlanıb. Fitosanitar karantin tələblərinə cavab verməyən sözügedən yük partiyası ilə bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək 17 min 800 gilas tingi məhv edilib.
Qeyd edək ki, Çəyirdəklilərin bakterial ləkəliyi patogen bağçılıq təsərrüfatlarına ciddi zərərvurma potensialına malik olmaqla, məhsuldarlığın və keyfiyyət göstəricilərinin azalmasına səbəb olur.