Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb.
“Agro Plant” MMC-nin Türkiyədən gətirdiyi 38 min ədəd tingdə virus aşkarlandı
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.
Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
Əlavə edək ki, bir nüçə gün öncə də nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi nektarin və şaftalı tinglərindən AQTA əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında şarka virusu aşkarlanmışdı.
Faktla bağlı 18000 ədəd nektarin, 18240 ədəd şaftalı tinginin gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilmişdi.